Bu ölkənin prezidenti İnterpola axtarışa verildi

14:33 - 1 Mart 2018 - DÜNYA

Venesuelanın eks baş prokuroru Luisa Orteqa Dias hazırki prezident Nikolas Maduronu İnterpola Beynəlxalq axtarışa verdiyini söyləyib.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki bu barədə “National” jurnalı məlumat yayıb.
 
“Mən İnterpoldan Nikolas Maduro haqqında “qırmızı dairə” qərarı xahiş etmişəm ki, o sammitə və ya hansısa başqa yerə gedərsə onu həbs etsinlər. Ümid edirəm ki, onu havada tutub həbs edərlər.” – Dias Qeyd edib.
Hal-hazırda hökumət başçısı Nikolas Maduro  aprelin 13-14-də Peruda keçirilən “Amerik Sammiti”ndə iştirak etmək üçün hazırlıq görür.
 Peru hakimiyyəti isə Venesuela hökumətinə rəsmi məktub göndərərək, əvvəl göndərilmiş dəvətin ləğv olunduğunu bildirib. “Ölkədə demokratik vəziyyəti poza biləcək hər hansı qeyri konstitusion hal, həmin ölkənin başçısının “Amerik Sammiti”ndə iştirakının qarşısına keçilməz səddir”- deyə sənəddə qeyd edilir.
Fevralın ortasında Venesuela xarici işlər naziri Xorxe Arreas Peru hakimiyyətinin bu qərarının nə siyasi nə də hüquqi nöqteyi nəzərindən düzgün olmadığını bildirib. “Prezident Peruya gedəcək, özü dediyi kimi, ya dənizdən, ya qurudan” – nazir qeyd edib.
 
Eyni zamanda o qeyd edib ki, venesuelanın sammitdə iştirakına mane olabiləcək ehtimal yoxdur. Venesuela hakimiyyəti tərəfindən yalnız, ABŞ-ın Peru prezidentinin başçılığı ilə keçiriləcək “Amerik Sammiti”ndə öz diktaturasını işə sala biləcəyi bildirilib.
Bundan əvvəl “Lima qupu”nda olan dövlətlər Venesuelada keçiriləcək prezident seçkilərinin aprelə keçirilməsindən narahatçılıq keçirdiklərini bildiriblər. Onlar bununla bir çoxlarının seçkilərdə iştirak eə bilməyəcəklərindən narahat idilər. Belə ki, onlar, hələ də türmələrdə siyasi məhbusların olduğundan semkilərin keçirilməsinin qeyri-mümkünlüyünü bildiriblər.
Qeyd edək ki, “Lima  qurupu” ölkələrə 17 latın amerikası ölkələri daxildir.

Xəbər xətti