İstanbula sürücüsüz avtobuslar gətiriləcək.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, İstanbul Şəhər Bələdiyyəsi sürücüsüz avtobusların alışı üçün hazırlıqlara başlayıb.
Qeyd edək ki, 12 ölkədə sınaqdan keçirilən belə sərnişindaşıma vasitələri artıq İsveçrə, Fransa və İngiltərə kimi ölkələrdə istifadə olunur.
İstanbul Şəhər Bələdiyyəsi bildirib ki, sınaq işləri uğurla keçərsə, yaxın vaxtlarda İstanbulda da belə avtobuslar sərnişinlərin ixtiyarına veriləcək.