Türkmənistan prezidenti 8 martda qadınları belə təbrik edəcək...

19:25 - 1 Mart 2018 - DÜNYA

Türkmənistan qadınlarına 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə prezidenti Qurbanqulu Berdımuhammedovun adından 40 manat (11 dollar) veriləcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu 40 manatı ölkədə mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan qadınlar alacaq.
 

Prezident sərəncamının tələbələrə, məktəbli qızlara, uşaq bağçalarında işləyən qadın müəllimlərə də şamil olunacağı bildirilib.
 

Təqaüdçü qadınlar da prezidentin hədiyyəsini ala biləcək.

Xəbər xətti