Ağ Evin rabitə direktoru Xoup Hiks istefaya getmək niyyətindədir.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qəzetin mənbəyə istinadən məlumatına görə, Hiks bunu bir neçə ay ərzində planlaşdırıb və artıq Ağ Evdəki həmkarlarını bu barədə məlumatlandırıb.
Prezident Donald Tramp Xoup Hiskin qərarını anlaşıqlı qarşılayıb. "Mən onsuz darıxacam. Lakin o mənə özünün digər imkanlarına can atması barədə danışanda onu tamamilə başa düşdüm. Əminəm ki, gələcəkdə yenə bir yerdə işləyəcəyik", - deyə Tramp bildirib.