Məhkəmə Tbilisinin keçmiş meri, “Avropalı Gürcüstan” Partiyasının liderlərindən biri Qiqi Uqulavanın 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Uqulava Tbilisinin İnkişafı Fondundan 48 milyon lari (19 milyon 345 min 686 dollar, yaxud 32 milyon 889 min 600 manat) məbləğində maliyyə vəsaitinin mənimsənilməsində, səlahiyyət həddini aşmaqda ittiham olunub.
Bu cinayət işi ilə bağlı başqa müttəhimlərə də cəza verilib.
Qeyd edək ki, Q.Uqulava 2005-ci ilin iyulun 12-dən 2013-cü ilin dekabrın 22-dək Tblisinin meri olub.