Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsinin azad edilmiş ərazilərində PYD və YPG terrorçularının çəkdiyi tunellərin ləğv edilməsinə başlayıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, terrorçuların çəkdiyi tunellər betonlanıb.
Hazırda azad edilən ərazilərdə terrorçuların qazdığı 300-dən çox tunel aşkar edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.