Trampın kürəkəninə gizli məlumatlara giriş qadağan edildi

00:36 - 1 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Trampın kürəkəni Kuşner və administrasiyanın bir sıra müşavirlərinin statusu aşağı salınıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, ötən həftə qəbul edilən qərara əsasən, Kuşnerin məxfi kəşfiyyat materiallarına girişi əlindən alınıb.
 

Ağ Evin nümayəndəsi Sara Sanders qeyd edib ki, bununla yanaşı, Kuşner administrasiyada vacib rol oynmağa davam edəcək.

“Əvvəlcə də dediyim kimi, məxfi məlumatlara bu və ya digər əməkdaşların fərdi girişinin ləğv edilməsi kimi məsələləri şərh etmirik. Amma cənab Kuşner barədə deyə bilərəm ki, istənilən halda Ağ Evdə vacib şəxs olmağa davam edəcək”,- deyə Sandersin bəyanatında bildirilib.
 

Qeyd edək ki, bir müddət əvvəl Cerad Kuşner aparatın rəhbəri Con Kelli ilə münaqişə yaşamışdı. Buna səbəb isə, məxfi məlumatlara girişlə bağlı qaydaların sərtləşdirilməsi olub.

Xəbər xətti