ABŞ müdafiə naziri Ceyms Mettis Rusiyanı beynəlxalq sərhədləri güc yolu ilə dəyişmək niyyətinə görə tənqid edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bununla yanaşı, nazir Çernoqoriyanın bu səylərə qarşı effektiv müqavimət göstərdiyi də xatırladıb.
Çernoqoriya müdafiə naziri Predraq Boşkoviçlə görüş zamanı Mettis bu ölkə ilə çiyin-çiyinə əməkdaşlıq etməkdən qürur duyduqlarını bildirib. Çernoqoriya 2017-ci ildən NATO-nun üzvü olub və 2025-ci ildə Avropa İttifaqının tamhüquqlu üzvü ola bilər.