ABŞ lideri Donald Tramp 2020-ci il prezident seçkiləri üçün öz seçki qərargahının rəhbərini təyin edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, qərargaha siyasi strateq Bred Parskeyl başçılıq edəcək. O buna qədər Trampın qərargahında işləyib, seçkilərlə bağlı rəqəmsal əməliyyatlara cavabdeh olub.
Məlumatda Trampın 2020-ci ilin seçkiqabağı kampaniyasına, Konqres seçkilərinə 8 ay qalmış start verməyə planlaşdırdığı qeyd olunur. Belə ki, həmin seçkilərdə ABŞ qanunverici orqanında Respublikaçıların mütləq üstünlüyə malik olub olmayacağı müəyyənləşəcək.
Bundan əvvəl ABŞ KİV-ində Trampın şəxsi pilotunu ABŞ aviasiya idarəsinin rəhbəri təyin edəcəyi barədə xəbərlər yayılmışdı.