ABŞ hərbi hava qüvvələri qərargahının rəisi Devid Qoldfeyn yeni açıqlama verib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Pentaqon rəsmisi bir neçə il sonra kosmosda müharibə başlayacağını bildirib: “Amerikalılar bu səbəbdən kosmik sahədə üstünlüyü ələ keçirməlidirlər”.
“Düşünürəm ki, bir neçə il sonra kosmosdan zərbə endirəcəyik. ABŞ hərbi hava qüvvələri isə yeni ərazidə hərbi əməliyyatlara rəhbərlik etməlidir. Ölkə bunu tələb edir”,- deyə Qoldfeyn bildirib.
Qeyd edək ki, ABŞ hərbi hava qüvvələrinin kosmik proqramlar büdcəsi 7.75 milyard dollardır. Bu isə ötən ilin rəqəmləri ilə müqayisədə 20% çoxdur. 2019-cu ildə isə büdcə 8.5 milyard dollar olacaq.