İranı Yəmənə silah tədarükündə ittiham edilib

18:10 - 28 Fevral 2018 - DÜNYA

Böyük Britaniya, Almaniya, Birləşmiş Ştatlar və Fransa çərşənbə axşamı İranı Yəmən üsyançılarına silah tədarük etməkdə ittiham edərək, Tehrandan bu hərəkətlərə son qoymağı tələb ediblər.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, dörd ölkə birgə bəyanatda BMT Təhlükəsizlik Şurasının qərarlarını pozan hərəkətlərin regionda vəziyyəti gərginləşdirə biləcəyini söyləyiblər.

Yəmənə qarşı tətbiq olunan silah embarqosunun pozulmasında İranın iştirakı BMT ekspertlər qrupunun hazırladığı son hesabatda yer alıb. Bu ittiham Yəmən qiyamçılarının ötən ilin noyabrında Ər-Riyada atdıqları ballistik raket parçalarının təhlilindən sonra ortaya çıxıb. İslam respublikası bu ittihamları rədd edir.

Xəbər xətti