Çexiyada qrip 50 can aldı

09:51 - 28 Fevral 2018 - DÜNYA

Çexiyada qrip epidemiyası son 3 həftə ərzində 50 nəfərin ölümünə səbəb olub.

"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə,  bu barədə Çexiya Dövlət Səhiyyə İnstitutunun məlumatında bildirilir.
 
Məlumata görə, ölənlərdən 43 nəfərin  60-dan çox yaşı olub. Qalanları isə 25-59 yaşlarında olub.   
 
Xəstəxanalara yerləşdirilən pasiyentlərdən 199  nəfərin vəziyyəti hazırda kritikdir.    
 
Epidemiyanın hələ bir neçə həftə davam edəcəyi bildirilir.

Xəbər xətti