Fransada kəskin soyuqlar - 3 nəfər ölüb

12:31 - 27 Fevral 2018 - DÜNYA

Fransada davam edən anomal soyuqlar nəticəsində 3 nəfər həlak olub.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, təbiət hadisəsinin qurbanları evsizlər olub.
 

Kəskin soyuqlar Fransanın bütün ərazisində hökm sürür. Ölkənin şimal və şərq regionlarında mənfi 10 dərəcə, cənub-qərbdə isə mənfi 7 dərəcə şaxta qeydə alınıb.
 

Proqnozlara əsasən ən soyuq günlər bu gün və sabah qeydə alınacaq. Kəskin hava şəraitinin gələn həftənin əvvəlinədək davam edəcəyi bildirilir.

Xəbər xətti