Prokuror eks-prezidentə 30 il iş istədi

12:03 - 27 Fevral 2018 - DÜNYA

Cənubi Koreya prokurorluğu ötən il korrupsiya ittihamı ilə saxlanılan ölkənin eks-prezidenti Pak Kın Xe üçün 30 il həbs cəzası istəyib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, prezident Pak Kın Xe 2017-ci ilin aprelində saxlanılıb. Ona qarşı 18 maddə ilə ittiham irəli sürülüb. Eks-prezident korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərini aşma, həmçinin dövlət sirlərinin ifşasında ittiham olunur. 
 

Cənubi Koreya məhkəməsi Pak Kın Xenin yaxın rəfiqəsinə isə 20 il həbs cəzası verib.
 

Qeyd edək ki, ölkədə prezident seçkiləri mayın 9-da keçirilib və yeni dövlət başçısı Mun Çje İn seçilib. 

Xəbər xətti