Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda davam etdirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2083 nəfərə çatıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.
Məlumatda bildirilir ki, son sutkada PYD, YPG və İŞİD terror təşkilatlarının 24 üzvü məhv edilib.
Əməliyyat müddətində Afrində azad edilmiş yaşayış məntəqələrinin sayı 113-ə çatıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.