İran, Türkiyə və Rusiya prezidentləri aprel ayında İstanbulda görüşərək Suriya probleminin həllini müzakirə edəcəklər.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə m İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib. O, hər üç dövlətin problemə baxışında uyğun məqamlar olduğunu söyləyib.
Onun sözlərinə görə prezidentlər daim əlaqə saxlayaraq siyasi addımlarını koordinasiya edirlər.
Prezidentlərin görüşündə həmçinin üçtərəfli iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri də müzakirə mövzusu olacaq.