Bu ilin yanvar ayında ABŞ Çinə neft ixracının aylıq həcmini 1,743 mln. ton (12,7 mln. barel) və yaxud 7,8 dəfə artıraraq 2 mln. tona (14,6 mln. barel) çatdırıb.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Çinin gömrük xidməti məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, Çinə neft ixracında ilk sırada olan Rusiya sözügedən göstəricini illik müqayisədə 23,4% artıraraq 5,67 mln tona (41,4 mln barel) çatdırıb. Növbəti yerlərdə 4,68 mln. ton (34,2 mln. barel) ixrac həcmi ilə Anqola və 4,45 mln. ton (32,5 mln. barel) ixrac həcmi ilə İraq qərarlaşıb.
ABŞ isə Çinə neft ixracının həcminə görə 8-ci yerdədir, Venesuela və Küveyti qabaqlayır.