BMT Təhlükəsizlik Şurası Yəmənə qarşı sanksiyalar rejiminin uzadılmasına dair qətnamə qəbul edib.
"Ucnoqta.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, iclas zamanı Rusiya Böyük Britaniyanın təklif etdiyi qətnamə layihəsinə veto qoyub. Böyük Britaniya İranı Yəməndəki husilərə silah verməkdə ittiham edib.
Bundan sonra Rusiya tərəfindən hazırlanan qətnamə səsverməyə çıxarılaraq yekdilliklə qəbul olunub. Qətnamə Yəmənə qarşı silah embarqosunun və digər sanksiyaların 2019-cu il, fevralın 26-dək uzadılmasını nəzərdə tutur. BMT Təhlükəsizlik Şurası 2014-cü ildən etibarən Yəmənə qarşı sanksiyalar tətbiq edib.
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.