Avropa qara təslim oldu — FOTOLAR

17:13 - 26 Fevral 2018 - DÜNYA

Avropada şiddətli soyuqlar davam edir.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, ağ örtüyə bürünən Polşa və Fransada anomal soyuqlar insan tələfatına səbəb olub. Rumıniyada məktəblər tətilə buraxılıb. Şiddətli qar Romanı da cənginə alıb. Anomal soyuqlar cümə axşamı Türkiyəyə qədəm qoyacaq.

Şimal yarımkürəsində qış mövsümünün son günləri şiddətli soyuq və qar yağışı ilə müşayət olunur. Bir çox ölkədə gündüzlər belə, 10 dərəcə şaxta qeyd edilir.

Polşada iki nəfər həlak olub. Fransa Alpında isə 10 yaşlı uşaq həlak olub. Eyni zamanda bir ingilis xizəkçi də uçurumdan düşərək ölüb.


Xəbər xətti