Sakit Okean ölkəsi Papua Yeni Qvineyada güclü zəlzələ baş verib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, yeraltı təkanlar 7.5 bal gücündə olub. ABŞ Geoloji Tədqiqatlar Qurumundan verilən açıqlamaya əsasən, zəlzələnin mərkəzi ölkənin şərqindəki Laqaip-Porgera şəhərinin 89 km cənub-qərbidir.
Zəlzələ 35 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.