Myanmada müsəlmanlara qarşı təqiblər davam edir

00:10 - 27 Fevral 2018 - DÜNYA

Avropa Birliyi Myanma ordusu və təhlükəsizlik qüvvələri tərəfindən törədilən insan haqlarına zidd hər cür cinayət əməlini pisləyib.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Avropa İttifaqı açıqlamasında bildirib ki,  Myanmanın Arakan  əyalətində müsəlmanlara qarşı insan haqlarına zidd olan pozuntulara yol verilir. Aİ Myanma hökümətindən qaldığı yeri tərk etməyə məcbur olan müsəlmanların ölkələrinə təhlükəsiz qayıtması üçün təhlükəsiz şəraitin yaradılmasını istəyib.
 
Aİ şurasının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini çıxışı zamanı qeyd edib ki, dərhal qanunlara zidd hərəkət edən hərbi rəsmilərə qarşı məhdudlaşdırıcı tədbirlər genişləndirilməlidir.
 

Xəbər xətti