Qüdsdə yerləşən məşhur Qiyamət kilsəsi bağlanılıb.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, buna səbəb İsrailə bağlı olan Qüds bələdiyyəsinin şəhərdə kilsələri vergiyə görə bağlaması ilə bağlı planı olub.
Qüds patriarxı 3-cü Teopilos bu addımla bağlı açıqlama verərək bildirib ki, kilsələri vergiyə görə bağlamaq kilsələrlə bağlı beynəlxalq öhdəliklər və müqavilələrin pozulmasıdır, eyni zamanda bu qərar Qüdsdəki xristianlığın varlığını zəiflətmək üçün alınıb.
"İsrail orqanları bu plandan dərhal əl çəkməlidir”
Həmas İsrailin bu addımına sərt reaksiya verib: “ Bu plan ABŞ prezidenti Donald Trampın və onun rəhbərliyinin Fələstinin varlığını hədəfə alan siyasətinin əks olunmasıdır. Kilsələrə vergi qoyulması Fələstin xalqına,xristian və müsəlmanların müqəddəs saydığı məkanlara qarşı dini müharibənin davamıdır”.
Qeyd edək ki, şəhərdə təxminən 12000 nəfərə yaxın xristian ərəb yaşayır.