Səudiyyə Ərəbistanında ölkə tarixində ikinci dəfə qadınların hərbi xidmət keçmələrinə icazə verildiyi elan olunub.
Ucnota.az" Modern.az-a istinadən xəbər verir ki, artıq əsgər olmaq istəyən qadınların elektron ərizələrinin qəbuluna başlanılıb.
Müraciət edəcək namizədlərin ən azı lisey məzunu olması mütləqdir. Bundan başqa namizədlər mütləq Ər-Riyad, Məkkə, Mədinə, Əl-Qasım, Əl-Baha, əş-Şərqiyyə şəhərlərində yaşamalıdırlar.
Əsas şərtlərə namizədlərin Səudiyyə Ərəbistanı təbəəsi olması, 25-35 yaş arasında olması, ən azı 1.55 santimetr boyu olması, hər hansı bir dövlət qulluğunda işləməməsi və başqa dövlətin vətəndaşı ilə evli olmaması da daxildir. Ərizələrin qəbulu cümə gününə kimi davam edəcək.