Romada ilin bu fəslinə görə anomal sayılan güclü qar yağıb.
Bu gün İtaliya paytaxtında bütün məktəblər bağlanıb.
"Fevralın 26-də Roma ərazisində bütün məktəblər və məktəbəqədər müəssisələrin bağlanmasını nəzərdə tutan qərar imzalanıb", - şəhər merinin bəyanatında deyilir.
Qeyd edək ki, soyuq hava kütləsi Sibirdən İtaliyanın şımalından cənubuna doğru hərəkət edir.
Romada havanın temperaturu 5 dərəcə şaxtayadək enib.
//Report//