Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazırdır

19:20 - 26 Fevral 2018 - DÜNYA

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazırdır.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, istintaq hərəkətlərinin aparılması üçün Ukraynaya qayıda bilər.

Mixail Saakaşvili  bildirib ki, bütün istintaq hərəkətlərini keçmək üçün Ukraynaya qayıtmağa hazırdır.

Qeyd edək ki, daha öncə Ukrayna Baş Prokurorluğu Niderland hüquq-mühafizə orqanlarına beynəlxalq hüquqi tapşırıqla müraciət etmişdi ki, Saakaşvilinin səs nümunələri götürülsün.


Xatırladaq ki, fevralın 12-də Saakaşvili Kiyevdə restoranlardan birində saxlanılıb və Polşaya deportasiya edilib. Buradan o, Niderlanda köçüb. Saakaşviolinin Ukraynaya girişi 2021-ci ilə qədər qadağan olunub.

Xəbər xətti