Ərdoğan Salih Müslümün həbsini alqışladı

18:11 - 26 Fevral 2018 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının Suriya qolu olan PYD-nin keçmiş rəhbərlərindən biri Salih Müslümün Praqada həbsini alqışlayıb.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Ərdoğan terrorçunun tezliklə Türkiyəyə təhvil veriləcəyinə ümid etdiyini bildirib.
 
Qeyd edək ki, PKK-nın qolu PYD rəhbərinin keçmiş müavini Salih Müsüm İnterpol xətti ilə axtarışa verildikdən sonra fevralın 24-də Praqada saxlanılıb. Onun saxlanılması haqqında qərar Türkiyə tərəfinin müraciəti əsasında, İnterpol tərəfindən həyata keçirilib. Çexiya bununla bağlı məhkəmə qərarının olduğunu açıqlayıb.
 
Hazırda Salih Müslümün ekstradisiyası ilə bağlı tədbirlər görürlər.

Xəbər xətti