Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi

21:00 - 24 Fevral 2018 - DÜNYA

Ukrayna Baş Prokurorluğu Niderland hakimiyyətindən Mixail Sakaşvillinin səs nümunələrinin götürülməsini istəyib.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir, Ukrayna baş prokurorunun müavini Yevgeniy Yenin İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində “Kiyev Niderlanda Saakaşvillinin səs nümunələrinin götürülməsi ilə bağlı beynəlxalq-hüquqi sifariş göndərib” - bildirib. Onun sözlərinə görə eks-prezidentin susmağa və nümunə verməmək hüququ var. “ Bu da növbəti dəfə, Saakaşvillinin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsi haqda mifi ifşa edəcək”- deyə o qeyd edib.

 

Bu yaxınlarda Ukrayna baş prokuroru Yuriy Luçsenko Saakaşvillinin Rusiyaya getmiş oliqarx Sergey Kurçenkodan rüşvət aldığını iddia edərək ona qarşı iş qaldırmışdı. Sübut kimi isə Hər ikisinin səs yazısı göstərilirdi.

 

Saakaşvilli Kurçenkonu tanımadığını, onun vəkilləri isə səs-yazısının qurma olduğunu iddia edir.

Xəbər xətti