Daha bir ölkədə hicab məhkəməsi

22:35 - 24 Fevral 2018 - DÜNYA

Belçikanın Maasmechelen bölgəsindəki məktəblərdə hicab qadağası ilə bağlı məhkəmə başa çatıb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 11 şagirdin valideyni tərəfindən açılan məhkəmə şagirdlərin lehinə nəticələnib. Məhkəmə Avropa İnsan Hüquqları haqqında Konvensiya müddəalarını əsas gətirərək, Avropa ölkələrinin vətəndaşlarının dinlərini istədikləri kimi yaşamaq hüququna malik olduğunu, məktəbin şagirdlərə hicab qadağasının dini azadlığa zidd olduğunu bildirib.

 

Məhkəmənin qərarına əsasən sözügedən tələbələr 30 gün içərisində məktəblərində hicab taxa biləcəklər.

Xəbər xətti