ABŞ hökuməti Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
"Ucnoqta.az"-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, sanksiyalar 1 fiziki şəxs, 27 şirkət və 28 gəmiyə şamil olunub. Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, sanksiya siyahısına Çin, Tayvan və Sinqapur şirkətləri də daxil edilib.