Təhlükəsizlik xidməti Ağ Evə girişi bağladı

14:00 - 24 Fevral 2018 - DÜNYA

ABŞ-ın paytaxtı Vaşinqtonda avtomobil Ağ Evin hasarına çırpılıb.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə RT təhlükəsizlik xidmətinə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, hadisə ilə əlaqədar mühafizə xidməti Ağ Evin ərazisinə girişi bağlayıb.

 

Avtomobilin sükanı arxasında qadının olduğu bildirilib. Onun psixoloji problemlərdən əziyyət çəkdiyi məlum olub.

 

Prezident Donald Tramp xüsusi xidmət orqanlarına operativ fəaliyyətlərinə görə təşəkkür edib.

Xəbər xətti