İvanka Tramp Cənubi Koreyada

16:54 - 23 Fevral 2018 - DÜNYA

ABŞ prezidentinin müşaviri və qızı İvanka Tramp Cənubi Koreyaya rəsmi səfər edib.

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən xəbər verir ki, İvanka səfər çərçivəsində Cənubi Koreya prezidenti Mun Çje İnlə görüşəcək və Pxençxanda keçirilən Qış Olimpia Oyunlarının bağlanış mərasimində iştirak edəcək.
 

“Amerika nümayəndə heyəti ilə Cənubi Koreyada olmaq mənim üçün şərəfdir. 2018-ci il Qış Olimpia Oyunlarında iştirak imkanı əldə etməkdən, ABŞ komandasını dəstəkləməkdən, Koreya Respublikası ilə möhkəm dostluğumuzu bir daha vurğulamaqdan qürur duyuram”,- deyə İvanka bildirib.
 

Qeyd edək ki, Olimpiada 25 fevral tarixinə qədər davam edəcək. Bağlanış mərasimində Şimali Koreyanın da nümayəndə heyəti iştirak edəcək.

Xəbər xətti