Türkiyə üçüncü sualtı qayığının istehsalına başlayacaq.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, “Murat Reis” adlandırılan qayığın tikintisinə fevralın 25-i start veriləcək.
Qeyd olunur ki, “Murat Reis”dən sonra daha üç sualtı qayığın – “Aydınreis”, “Seyidalireis” və “Selmanreis”in istehsalı başlayacaq.
Hazırda Türkiyədə “Piri Reis” və “Hızır Reis” adlı sualtı qayıqların tikintisi davam etdirilir. Bu qayıqların 2021-ci ildə istifadəyə veriləcəyi planlaşdırılır.