Səudiyyə Ərəbistanında yanvar ayında 11 şahzadə saxlanılmışdı.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Səudiyyə rəsmiləri yanva ayında Şahzadə Məhəmməd Bin Salmanın mart ayında Avropa və ABŞ-a edəcəyi səfərlərdən əvvəl ölkədə rüşvət əməliyyatlarının bitdiyini elan etmişdi. Amma Səudiyyə Ərəbistanının Ali Məhkəməsi ölkənin yüksək rütbəli məmurlarının adı qarışan korrupsiya işini davam etdirmək istədiyini bildirib.
Ötən ilin dekabr ayında 11 şahzadə, 4 nazir və onlarla sabiq nazirin də aralarında olduğu bir çox şəxs saxlanılmışdı. Ali Məhkəmə isə əməliyyatın ikinci həmləsini həyata keçirmək niyyətindədir.
Məhkəmə dövlət xərclərinin yenidən incələnməsini tələb edib.