Türkiyədən Hollandiyaya sərt cavab

19:45 - 23 Fevral 2018 - DÜNYA

1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan Hollandiyaya Türkiyə Xarici İşlər Nazirliyindən sərt cavab verilib.
 

"Ucnoqta.az" “Anadolu” agentliyinə istinadənx xəbər verir ki, nazirlik bu qərarı şiddətlə qınadığını açıqlayıb:
 

“Avropanın mərkəzində Srebrenitsa soyqırımına göz yuman bir ölkənin parlamentinin aldığı əsassız qərarın nə tarixdə, nə də ədalətdə yeri var. Ona görə də hüquqi baxımdan etibarlılığı yoxdur”.
 

Qeyd edək ki, 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsi 3 əleyhinə, 142 lehinə səslə qəbul edilib. Əleyhinə səsləri türklərin qurduğu “Denk Partiyası”nın üzvləri veriblər.

Xəbər xətti