Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarının büdcəsi müəyyənləşib.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, bu barədə Təşkilat Komitəsinin rəsmisi Nensi Pak açıqlama verib. O, ümumi büdcənin 12,5 milyard dollar təşkil edəcəyini bildirib. Vəsaitin böyük hissəsini - 10,1 milyard dolları Cənubi Koreya hökuməti infrastrukturun yaradılmasına ayırıb. Bura 2,4 milyard dollar məbləğində əməliyyat xərcləri də əlavə olunub.
Qeyd edək ki, Pxençxan Qış Paralimpiya Oyunları 9 - 18 martda təşkil olunacaq.