Venesuela prezidentindən “meqa seçki” təklifi

01:25 - 23 Fevral 2018 - DÜNYA

Venesuelada müxalifət aprel ayında keçiriləcək prezident seçkilərini boykot etmək qərarına gəlib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro bu açıqlamadan sonra “meqa seçki” çağırışı edib.

Maduro təklif edib ki, prezident seçkiləri ilə yanaşı əyalət və millət vəkili seçkiləri də eyni gündə keçirilsin.
 

Sağ görüşlü müxalifət partiyaları isə seçkilərin qeyri-qanuni keçirələcəyi və saxtakarlığa yol veriləcəyi iddiası ilə seçkiləri boykot ediblər.

Maduro deyib:

“Meqa seçki çağırışını rəsmi şəkildə Milli Qurucu Məclisə təqdim edəcək. Ölkədəki demokratiyanın yenilənməsi üçün güclü bir seçki keçirək. Beləcə, ölkə dörd il seçkidən azad olacaq”.

Xəbər xətti