Xəzər TV-də aparıcı və araşdırmacı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Səni Axtarıram” verilişinə məşhur türk modelyer Nur Yerlitaş zəng edib.
"Ucnoqta.az" xəbər verir ki, 18 ildir atasından uzaq düşən Türkan Hüseynova adlı xanım türk modelyerin fanatı olduğunu və onunla danışmaq istədiyini deyib.
Onun bu arzusunu "Səni Axtarıram” komandası reallaşdırıb. Efirə qoşulan modelyer Azərbaycanı çox sevdiyini deyib və Türkana dəstək olub.
Qeyd edək ki, Türkanın anası 9 ildir ki, dünyasını dəyişib və o 1 yaşında itirdiyi atası Mətləb Nəzərovu axtarır.
//AZXEBER.COM//