Türkiyənin Kütahya şəhərində “Ölümünün 100-cü ilində Ulu Xaqan II Əbdülhəmid Xanın Konfransı” başlığı altında konfrans keçirilib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, konfransda çıxış edən professor Əbubəkr Sofuoğlu “google”un Sultan tərəfindən kəşf edildiyini iddia edib.
“Google”u ilk istifadə edən, kəşf edən Sultan Əbdülhəmid xandır. Ərazilərə gedə bilmir, imkanları yoxdur, getsə, paytaxtda problemlər olacaq. O nə edir? Fotolarını çəkdirir və izləyir. Oradan bir şey düzəldir. Bu mənada “Google”un kəşfi Əbdülhəmid xana aiddir. Coğrafiya taledir deyirlər, amma coğrafiyanın da psixologiyası var”,- deyə professor çıxışında bildirib.
Professor qeyd edib ki, əgər Sultan 10 il də taxtda qalsaydı, Osmanlı dünyanın ən zəngin dövləti ola bilərdi.
“Niyə? Birinci dünya müharibəsində iştirak etməyəcəyimizə görə. Onlar bölünəcəkdi (1-ci dünya müharibəsində iştirak edən dövlətlər nəzərdə tutulur). Sultan deyirdi: “İllərdir bu anı gözləyirəm”. Savaşa girməyəcəkdi. Dünyanın ən zəngin neft yataqları Yəmənə qədər hələ də bizdə olardı”,- deyə professor əlavə edib.
Konfransda Əbdülhəmid xanın nəvəsi Nilhan Osmanoğlu da çıxış edib.