“Zeytun budağı”nda 1829-cu terrorçu zərərsizləşdirildi

12:24 - 22 Fevral 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1829 nəfərə çatıb.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.
 

Məlumatda bildirilir ki, son sutkada 49 terrorçu məhv edilib.
 

Qeyd olunur ki, bu müddət ərzində Afrində 93 məntəqə terrorçulardan azad edilib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti