Dubayda 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək

20:39 - 22 Fevral 2018 - DÜNYA

Dubayda iki ay ərzində 3D çap texnologiyası ilə ilk villalar inşa ediləcək. Bu barədə “Arabian Business” nəşri məlumat yayıb.
 

"Ucnoqta.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Dubay bələdiyyəsi bu tipli villaların inşası üçün bütün lazımi avadanlıqların əmirliyə gətirildiyini bildirib.
 

Qeyd olunub ki, əmirlikdə 2030-cu il üçün yeni binaların 25 faizi bu cür müasir texnologiyalar vasitəsilə tikiləcək. Bu da, öz növbəsində, inşaata sərf olunan vəsaiti azaldacaq və tikinti müddətini qısaldacaq.

Xəbər xətti