Fransa XİN başçısı Rusiya və İrana səfər edəcək

15:37 - 21 Fevral 2018 - SİYASƏT

Fransanın xarici işlər naziri Jan İves Le Drian yaxın günlərdə Rusiya və İrana səfər edəcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, o, bunu Fransa parlamentindəki açıqlamasında bildirib.

Səfər zamanı Yaxın Şərq bölgəsi, o cümlədən Suriyadakı böhranla bağlı məsələnin də müzakirə ediləcəyi gözlənilir. 

Xəbər xətti