ABŞ Rusiyaya qarşı sərtliyini davam etdirəcək

22:39 - 21 Fevral 2018 - DÜNYA

ABŞ Rusiya ilə münasibətlərdə sərt mövqedən çıxış etməyi davam etdirəcək.

"Ucnoqta.az" APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders bildirib.  
 
“Prezident Donald Tramp bir çox məsələlər üzrə Rusiya ilə münasibətlərdə çox sərt olub və biz bu mövqeni davam etdirəcəyik”, - deyə Sanders Ağ Evdəki brifinqdə bildirib.
 
S.Sanders bu sözləri jurnalistlərin D.Trampın Rusiya ilə bağlı mövqeyinin yetərincə sərt olmamasına dair fikirlərinə cavab olaraq bildirib.    

Xəbər xətti