"ABŞ münaqişənin həlli üçün əlindən gələni edir" - Sekuta

21:37 - 21 Fevral 2018 - DÜNYA

"Vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik".
 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
 
Səfir vurğulayıb ki, bu il Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 30 ili tamam olur: "Bütün bu hadisələri, keçmişi xatırlamaq, keçmişdən ibrət dərsi almaq vacibdir. Daha yaxşı gələcək qurmaq bundan da vacibdir. Münaqişənin həlli ilə bağlı vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək məsələnin sülh yolu ilə həlli üçün əlimizdən gələni edirik. Biz ABŞ hökuməti olaraq Azərbaycanın məcburi köçkün əhalisinə yardımı davam etdirəcəyik".

Xəbər xətti