“Mən yenə buradayam. Hazırda Putinə çağırış edərək onun debatda iştirak etməsini istəyirəm”.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak bildirib.
Sobçak daha sonra hazırki prezidenti qaydalara riayət etməyə çağırıb: “Debatlar seçki kampaniyalarının məcburi prosedurudur. Putin bu prosedurlarda iştirak etmirsə, deməli, qayda pozuntularının olduğunu deyə bilərik”.