Sakinlər yeniden Mosulu tərk edirlər - BMT

20:00 - 21 Fevral 2018 - DÜNYA

İraqın Mosul şəhərinin əhalisi yenidən öz evlərini tərk etməyə başlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik deyib.
 

O, sakinlərin qaçqın düşərgələrində məskunlaşmağa üstünlük verdiyini söyləyib.
 

“Şəhərin İŞİD terrorçularından azad edilməsindən 8 ay sonra sakinlər Mosulu yenidən tərk etməyə başlayıb”,-deyə Düjarik vurğulayıb.
 

Onun sözlərinə görə, hərbi əməliyyatlar səbəbindən 1 milyon sakin şəhəri tərk edib. İlin əvvəlindən başlayaraq gün ərzindən 100-200 insan İraq Kürdüstanının ərazisindəki düşərgələrə gəlir.

Xəbər xətti