Tramp silah satışını sərtləşdirməyə çağırdı

19:20 - 21 Fevral 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp silah alıcılarının yoxlanılmasını sərtləşdirməyə çağırıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, dövlət başçısı bununla bağlı ölkənin iki əsas siyasi partiyasına öz Twitter hesabından müraciət edib.
 

"Respublikaçı və ya demokrat olmağımızdan asılı olmayaraq biz səylərimizi silah satışı zamanı alıcıların tərcumeyi-halının daha ciddi yoxlanılmasında cəmləşdirməliyik!",- ABŞ prezidenti “Twitter” hesabında yazıb.

Xəbər xətti