Amerikanı aksiyalar bürüdü - Fotolar

15:34 - 20 Fevral 2018 - DÜNYA

Amerikalı bir qrup tələbə keçən həftə yaşanan silahlı hücuma etiraz olaraq aksiya keçiriblər.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, gənclər Vaşinqtonda Ağ Evin qarşısına uzanaraq silah satışına nəzarətin artırılmasını tələb ediblər. Aksiya Florida ştatında da keçirilib. Belə ki, tələbələr Amerika Milli Tüfəng Dərnəyi (NRA)-nı hədəf alaraq pankartlarında “NRA, bu gün neçə uşaq öldürdün?” sloqanını yazıblar.
 

Problemlə bağlı Ağ Ev-in açıqlamasında isə bildirilib ki, prezident Donald Tramp silah satışına nəzarətin daha çox artırılması ilə bağlı təkliflərə müsbət yanaşır.
 

Xatırladaq ki, fevralın 14-də Florida ştatının Parkland şəhərində məktəbə edilən hücum nəticəsində 17 nəfər həyatını itirmişdi.


Xəbər xətti