Macarıstandan olan jurnalist Loretta Tas Dağlıq Qarabağa qanunsuz səfər edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, regionda çəkilişlər aparan jurnalist səfər təəssüratları ilə bağlı geniş fotoreportaj hazırlayacağını da açıqlayıb.
Əcnəbi jurnalist fevralın 13-də Dağlıq Qarabağda separatçı hərəkatın başlanmasının 30 illiyi ilə bağlı Xankəndində keçirilən tədbirlərə qatılıb.