Milli Məclisin mart ayında keçiriləcək plenar iclaslarının vaxtı müəyyənləşib.
"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, gələn ay parlamentin 3 iclası keçiriləcək.
İclaslar martın 6, 16 və 30-da olacaq.
Martın 16-da Milli Məclisdə hökumətin hesabatı müzakirə olunacaq. 2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin təqdim edəcəyi gözlənilir.
Martın 30-da keçiriləcək xüsusi iclas 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunacaq.