Türkiyənin 17 vətəndaşı Yunanıstandan siyasi sığınacaq tələb edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu şəxslər qayıqla Türkiyədən Yunanıstana qaçıblar.
Yunanıstanın sahil mühafizə xidmətindən bildirilib ki, İnusses adasına 17 nəfər çıxıb. Onlar Xiosa aparılıb və aidiyyatı qurumlara təhvil verilib.
"Söhbət Türkiyədən qaçan dövlət məmuru və hakimlərdən gedir. Onlar iddia edirlər ki, onları Türkiyədə həbs cəzası gözləyir. 17 nəfər qaçqın və miqrantların qəbul mərkəzinə təhvil verilib",-deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, FETÖ əməliyyatı çərçivəsində bu gün Türkiyədə 170 nəfər də saxlanılıb.